Banan qabığını sağlamlıq və gözəlliyiniz üçün belə istifadə edin
Banan qabığı müxtəlif vitamin, mineral, orqanik
turşular və s. qiymətli maddələrlə zəngindir. Bu səbəbdən banan
qabığını sağlamlıq və gözəllik üçün istifadə etmək
mümkündür.
Bunun müxtəlif yolları var:
1. Limon və salisil turşuları ilə zəngin olan banan qabığı dişləri
əla təmizləyir, ağardır, dişlərin üzərində ləkələri aparır.
Bunun üçün dişlərinizi hər gün 1-2 dəqiqə ərzində banan qabığının
içi ilə sürtün. Bundan sonra ağzınızı yaxalayın və adi qaydada diş
məcunu ilə təmizləyin.
2. Banan qabığının köməyi ilə üz dərisini cavanlaşdırmaq, ağartmaq,
piqment ləkələrini aparmaq mümkündür. Turşuların sayəsində banan
qabığı dəriyə yüngül pilinq kimi təsir edir.
3. Ayaqlarda qabarları aparmaq üçün də banan qabığından istifadə
edə bilərsiniz. Ayaqlarınıza isti sodalı vanna edin, sonra
qabarların üzərinə banan qabığının iç tərəfini qoyub plastrla
bərkidin. Bu proseduru bir neçə dəfə edin. Qabarlar yumşalacaq və
çıxacaq.
4. Banan qabığı dərini əla təmizləyir, sızanaqları aparmağa kömək
edir.
5. Banan qabığı ziyillərlə mübarizədə də kömək edir. Qabığın iç
tərəfini ziyilin üzərinə qoyub səhərə qədər saxlayın. Bunu bir neçə
dəfə etmək lazımdır.
6. Ağcaqanad dişləməsi zamanı bu yerə banan qabığını sürtün. Ağrı
və qaşınma azalacaq.
7. Gözlərin altında qara kölqələri yox etmək üçün gözlərinizin
üzərinə banan qabıqlarını qoyub bir az uzanın. Belə məska həmçinin
göz qapaqlarının dərisinə da qulluq edir, onu nəmləndirir və
cavanlaşdırır.
8. Psoriaz zamanı banan qabığını zədələnmiş dəriyə qoyun. Bu dərini
yumşaldır, nəmləndirir, qaşınmanı azaldır.