2018-ci ildə DİN yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilmiş cinsi cinayət ittihamı ilə 116 nəfəri mühakimə edib
2018-ci ildə DİN yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilmiş cinsi cinayət ittihamı ilə 116 nəfəri mühakimə edib. Bu haqda İPN-ə DİN-dən bildiriblər.

Müəssisənin məlumatına görə, yetkinlik yaşına çatmamış şəxslərə qarşı cinsi azadlıq və toxunulmazlığa qarşı törədilmiş cinayətlərlə mübarizə və bu kateqoriyaya aid cinayətlərə, yetkinlik yaşına çatmamış qurbanların maraqlarına istiqamətlənmiş istintaqın təmin olunması DİN-in üstünlüklərindən biridir.

“2018-ci ildə DİN-in ərazi orqanlarında və insan hüquqlarının müdafiəsi departamentlərinin çalışması nəticəsində yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilmiş cinsi cinayət ittihamı ilə 116 nəfər mühakimə edilib, onun: 4 nəfəri təcavüz etdiyi üçün (CM-nin 137-ci maddəsi), 2 nəfəri – seksual xarakterli başqa hərəkətlərin törədilməsində (CM-ni 138-ci maddəsi), 24 nəfəri - əxlaqsız hərəkət törətdiyi üçün (CM-nin 141-ci maddəsi), 86 nəfəri – 16 yaşa çatmamış şəxslərlər könüllü seksual əlaqədə olduğuna görə (CM-nin 140-cı maddəsi) mühakimə edilib.

yetkinlik yaşına çatmamış şəxslərə qarşı cinsi azadlıq və toxunulmazlığa qarşı istiqamətlənmiş cinayətləri törədən şəxslərə qarşı cinayət siyasətinin ciddiləşdirilməsi və qeyd olunan cinayətin aradan qaldırılması məqəsdi ilə DİN qanunvericilikdə dəyişikliklər paketi hazırlayıb və paket sinci cinayət törədən şəxslərə qarşı cəzanın ciddiləşdirilməsini və onların bir sıra hüquqlarının əllərindən alınmasını nəzərdə tutur.

Məsələn, cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra cinayət törətmiş şəxslərə tədris, yetişdirmə müəssisələrində çalışmaq, belə müəssisələrdə olmaq və.s. qadağan olunacaq.

Qanun layihəsi eləcə də cinayət məcəlləsinin 137-ci, 138-ci, 139-cu və 141-ci maddələri ilə ittiham edilmiş şəxslər üçün baza yaratmağı nəzərdə tutur. Bazanın məqsədi məhkumların monitorinqi yolu ilə cinayətin aradan qaldırılmasıdır.

Seksual zorakılıq qurbanlarının yenidən viktimizasiyasının aradan qaldırılması məqsədi ilə DİN-da şahid və zərərçəkənin koordinatoru institutu yaranıb və fevral ayından siyası olaraq qüvvəyə minəcək və məqsədi istintaq gedən zaman qurbanlara psixoloji dəstək və onlara hüquqi prosesdə iştirak etməni asanlaşdırmaqdır”
- qeyd olunur məlumatda.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები