"Aktual mövzu" verilişi – “Sifəti gizlənmiş gəlin”, - etnik azərbaycanlıların məlumatsız seçimi
Gürcüstanın tarixində ilk dəfə, prezident seçkilərinin ikinci turu baş tutacaq. Siyasi partiyalar və namizədlər seçki qabağı kampaniya aparırlar. Hakimiyyət partiyasının nümayəndələri və müxalif namizədin dəstəkçiləri də bütün Gürcüstan miqyasında kənd və şəhərləri gəzirlər, baner və posterləri dəyişirlər. Sosial şəbəklərdə bu və ya digər partiyanın pis tərələri haqqında danışan müxtəlif videolar yayımlanır. Seçkiqabağı təbliğat Marneulidə də aktiv şəkildə gedir.

Bu gün, çalışacağıq ki, Marneuli bələdiyyəsində seçicilərin nə dərəcədə məlumatlı olması, namizədlərin baxışları haqqında nəsə bilib bilmədikləri ilə bağlı danışaq. Partiyalar Marneuli seçicilərinə hansı vədləri verirlər və siyasi subyektlər etnik olaraq azərbaycanlı əhalinin siyasi həyata qoşulmasını genişləndirməyə necə cəhd göstərirlər.

Seçkilərin birinci turunun gedişatı zamanı İmir 59 saylı seçki məntəqəsində birləşmiş müxalifət və “Gürcü Arzusu”nun dəstəkçilərii bir-biri ilə sözlə və fiziki olaraq qarşıdurmaya çıxıblar. Bu fakt nətcəsində hüquq mühafizəçiləri iki nəfəri polis şöbəsinə aparıb. Demək olar ki, kəndin bir hissəsi “Milli hərəkatı” digər hissəsi isə “Gürcü Arzusu”nu dəstəkləyir. Məhz buna görə də qərar verdik ki, bu kənddə yerlilərin nə dərəcədə məlumatlı seçim etdiyini öyrənək.


იმირის მოსახლეობა სოფლის ცენტრალურ გზაზე

Prezidentliyə namizədin siyasi keçmişi, onların gələcək baxışları, strategiyası, dəyərləri və prioritetli məsələlər vətəndaşların seçimini müəyyən edir. Daha dəqiq, müəyyən etməlidir, amma Marneulinin kəndlərində iş başqa cürdür.

İmir əhalisinin əksəriyyəti Salome Zurabişvili və Qriqol Vaşadzenin siyasi mesajları və baxışları haqqında heç nə bilmirlər. Dil bilmədiklərinə görə, gürcü dilli kanallara baxmırlar və faktiki olaraq məlumat mənbəyi yoxdur.

İmir sakini Hümbət Qasımov seçkiləri azərbaycanlıların toy ənənəsi ilə müqayisə edir. O, zaman bəy gəlinin kim olduğunu bilmirmiş.

"Keçmişdə kimsə evlənəndə gəlin paltarı geyindirirdilər və üzünü tam örtürdülər. İndi də məhz eləsi seçkilərdir, açıq deyil. Xalq da bilmir hansı istiqamətə gedir”- deyir Hümbət Hüseynov.

Amilxan Qocayev hesab edir ki, kim layiqlidirsə xalq da həmin namizədi dəstəkləyəcək, amma belə namizədin kim olduğunu bilmir. Ona heç kim Salome Zurabişvilinin və ya Qriqol Vaşadzenin hansı baxışı və dəyəri olduğunu deməyib.

- Necə bilirsiniz ki, kim layiqli namizəddir?
- Bilmirəm, xalq hamının ürəyini oxuya bilməz ki. Kim layiqdirsə onu da dəstəkləyəcəklər.
- İnsanlar bu haqda məlumatı necə alırlar?
- Bilmirəm. Kim layiqdirsə onu da dəstəkləyəcəm.


Hübmət və Amilxan kimi namizədlər haqqında başqa İmir sakinlərinin də məlumatı yoxdur.

“Mən heç o, namizədi tanımıram da (Salome Zurabişvili). Amma ölkənin xatirinə ona səs verəcəm” – deyir ərzaq satıcısı olan qadın.

Əhalinin bir hissəsi öz seçimi haqqında açıq danışır, deyirlər ki, Salome Zurabişvilini dəstəkləyirlər amma niyə? sualına cavabları yoxdur.

“Elə partiyalar var ki, qapı-qapı gəzirlər və xalqa pul paylayırlar. Məsələn 5 nömrə. Dövlət var və onu dəstəkləməliyik, ona səs verməliyik. Hakimiyyət qalib gəlməlidir. İvanişvili də bizi dəstəkləyir. Azərbaycan kimi desə onu da seçəcəyik. Saakaşvili buraya gəlməyəcək”- deyir İmir sakini.



Prezident seçkilərinin birinci turu başa çatdırdan sonra “Gürcü Arzusu”nun liderləri bildirdilər ki, əhalinin problemlərini öyrəniblər və bazar ertəsi günündən onlarla görüşlərə başlayacaqlar.

“Gürcü Arzusu”nun liderləri əhali ilə 5 noyabrda görüşlərə başlamalı idilər.

Marneuli radiosu seçkiqabağı dövrdə “Gürcü Arzusu”nun nümayəndələrinin seçicilərə nə dedikləri ilə maraqlandı.

Marneulili deputat və Salome Zurabişvilinin qərargahının rəhbəri Ruslan Hacıyev deyir ki, seçicilərə Birləşmiş Müxalifətin üzvlərinin niyə pis olması haqqında danışırmışlar.

“Müxalifət qüvvələri tərəfindən aparılan təbliğat hamısı yalandır. Biz insanlara həqiqəti çatdıracağıq ki, onlar bilsinlər namizədliyi Vaşadze verib Saakaşvili deyil. Birdə maksimum dərəcədə məlumat çatdıracağıq ki, son illər ərzində hansı işlər görüldü və onlar öz idarəçilikləri dövründə, 9 il ərzində nə ediblər”.

Ruslan Hacıyev deyir ki, Birləşmiş Müxalifət yoxdur və o, yalnız “Milli hərəkatı” görür.

Deputat təsdiq edir ki, əhali Salome Zurabişvilini seçməyin niyə yaxşı olduğunu bilir.

“Xalq bilir ki, o, (Salome Zurabişvili) Gürcüstanın Avropa Birliyinə daxil olması prosesinə təsir göstərəcək. O, Gürcüstanın Avroatlantika Birliyinə, NATO-ya üzv olmasına daha çox təsir göstərəcək. Ümum strukturda buna böyük ümid bəsləyirik”.

Əhali ilə davamlı görüşlərə Milli Hərəkat nümayəndələri də başladılar.

“Bizim gələcək planlarımızdan danışırıq ki, nə dəyişəcək və hökumətə niyə gəlirik, 9 il ərzində biz nə etmişik və “Gürcü arzusu” 6 il ərzində nə edib. Bizim qurduğumuz ölkə idi və indi “Gürcü Arzusu”nun dağıtdığı ölkədir. Hər kənddə bu mövzular haqqında danışırıq”.

Süleymanov deyir ki, hər gün kəndlərə gedirlər və o, inanır ki, ikinci turda Salome Zurabişvilidən 3-dəfə artıq səs toplayacaqlar.

Parlamentar deyir ki, birinci tur saxtalaşdırılıb və onların seçki zamanı qeydə alınandan daha çox dəstəkçisi var.

Marneulilərin dəstəyini Birləşmiş Müxalifət Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vasitəsi ilə qazanmağa çalışır. Marneulinin müxtəlif kəndlərində seçkiqabağı kampaniya zamanı Saakaşvili əhali ilə müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırmış. Azər Süleymanov bizimlə söhbət zamanı deyir ki, Saakaşvilinin qoşulmalarının səbəblərindən biri onun avtoritetidir.

“Saakaşvilinin çox böyük avtoriteti var. Saakaşvili bizim partiyanın liderlərindən biridir və bunda pis heç nə yoxdur. Bu mənim xahişim deyil, xalqın xahişidir. Xalq Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir və tezliklə, seçkilərdən sonra o, Gürcüstana qayıdacaq.”

Seçkilərin birinci turunun başa çatmasından sonra Birləşmiş Müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadzeni “Avropalı Gürcüstan” və “Respublikaçılar” partiyası da dəstəkləyəcək.

MSK-nın nəticələrinə əsasən Marneulidə 90 məntəqədən 16 884 səs Salome Zurabişvili, 13 796 səs Qriqol Vaşadze toplayıb.



Şəhər və kəndlərdə səslər müxtəlif şəkildə bölünüb. Şəhərdə açılmış 15 seçki məntəqsindən 14-də Qriqol Vaşadze, 1-də isə Salome Zurabişvili qalib gəlib. Kəndlərdə açılan məntəqələrin isə 49-da Zurabişvili, 25-də isə Vaşadze qalib gəlib. Kvemi Qullar kəndində N90 seçki məntəqəsində Qriqol Vaşadze və Salome Zurabişvili ident səs sayı toplayıblar. Marneulinin sonuncu seçki məntəqəsində ikinci tura keçmiş namizədlər 131-131 səs qazanıb.

“Gürcü Arzusu” da Birləşmiş Müxalifət də Marneulidə bir strategiya ilə çalışır – “sizə danışacağıq onlar niyə pisdirlər”, amma partiyaların siyasi baxışları və planları haqqında əhali ilə əsasən danışmırlar.

Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının rəhbəri Leyla Məmmədovanın sözlərinə görə, seçki prosesi media vasitələri ilə olduqca aktiv şəkildə işıqlandırılır. Həmçinin, MSK bütün sənədləri azərbaycan dilinə tərcümə edir. Buna görə də, bu istiqamətdə problemlər demək olar ki, yoxdur. Məmmədova deyir ki, azərbaycan dilli əhali üçün məlumatlandırılma mühiti indiyə qədər əlçatan deyil. Onlar seçkidə onlara təsir göstərə biləcək, Gürcüstanda gedən siyasi hadisələr haqqında məlumat ala bilmirlər.

“Praktiki olaraq seçki dövründə bizim dediyimiz partiyanın platforması olmur. Partiyanın məqsədləri və medotları haqqında məlumatlandırma olduqca pisdir. Ümumi hesabda partiyalar əgər etnik azlıq nümayəndələrindən olan seçicilərə onlara aydın olan dildə məlumat versələr, bunun hamısı tezislər formasında olur və bu yalnız etnik azlıqlara qarşı olmur. Cəmiyyətin özünün o dərəcədə siyasi bilgisi yoxdu ki, namizədlərdən və partiyalardan onların fəaliyyəti haqqında məlumat tələb etsin. Bu adamlara müxtəlif partiyalar arasındakı fərqi görmək imkanı verərdi” - deyir Leyla Məmmədova.

Etnik azərbaycanlılar partiyaların proqramları haqqında məlumatı yoxdur. Bu haqda Fullbrayt proqramı çərçivəsində konfliktologiya üzrə araşdırmaçı Kamran Məmmədov da danışır. O, deyir ki, etnik azərbaycanlılar heç vaxt siyasi həyata qoşulmayıblar və indi “Gürcü arzusu”nun dövrünü Saakaşvilinin dövrü ilə müqayisə edən zaman onlara aydın olmur, çünki etnik azərbaycanlıların Qvirqvlianinin işi, Robakidzenin işi və.s. haqqında məlumatı yox idi. Etnik azlıqlar üçün Milli Hərəkat dövrü, yeni çəkilmiş yollarla və yeni reformalarla assosiasiya olunur. Kamranın sözlərinə görə, azlıqların nümayəndələri hökumətdə həmişə normal şəkildə təyin olunublar, amma onların siyasi keçmişi yoxdur və onlar yalnız partiya nümayəndəsi statusu daşıyırlar. Bu isə onların mandatı başa çatan kimi tamamlanır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google