"WhatsApp"dan daha bir YENİLİK
"WhatsApp" yeni funksiyasını təqdim edib.

Bu yaxınlarda icmalar adı altında yeni bir seçim gətirən “WhatsApp” platforması 5 000 nəfərlik elan qruplarına icazə verəcək.

Bu qruplarda qarşılıqlı əlaqə olmayacaq, istifadəçilər yalnız qoşulduqları qrupların elanlarını oxuya biləcəklər.

Bundan əlavə, nömrələri saxlamağı sevməyən "WhatsApp" istifadəçiləri adına
baxmadan kimin hansı mesajı göndərdiyini asanlıqla anlayacaqlar.

Bu yeniləmə ilə gələn xüsusiyyətlər tədricən həm "WhatsApp" mobil proqramında, həm də masaüstü versiyada istifadəyə veriləcək.

Mənbə: lent.az
Print ელ. ფოსტა
თეგები: Whatsapp Yeni funksiya
FaceBook Twitter Google