Mineral suların bilinməyən zərərləri
Əsasən soda ilə
qarışdırılan mineral suların tərkibində çoxlu sayda minerallar və
kimyəvi maddələr vardır ki, bunlar orqanizm üçün olduqca
faydalıdır. Lakin miqdarından artıq içildikdə mineral sular da
zərərli ola bilər.
Marneulifm mineral suların həm faydalı, həm də zərərli
xüsusiyyətləri barədə məlumatları təqdim edir.
Mineral suların orqanizmimizə faydaları bunlardır:
Mineral sular vücudumuzun ehtiyacı olduğu mineralların bir çoxuna
sahibdir. Xüsusilə yay aylarında tərləmə zamanı itirilən
mineralları geri qaytarmaq üçün bu sular olduqca əhəmiyyətlidir.
Sümüklərin inkişafı üçün ən önəmli mineral olan kalsium ilə
zəngindir. Həmçinin, davamlı olaraq içildiyində, qan təzyiqini
müəyyən normada saxlayaraq, tənzimləyir.
Bəs mineral suların bilmədiyimiz zərərləri
hansılardır?
Mütəxəssislər gün ərzində yalnız 1 litr mineral su içməyi tövsiyə
edirlər. Çünki artıq içildiyində su zəhərlənməsinə səbəb ola bilər.
Belə hallarda qəbul edilən suyun bədəndən xaric olması vacibdir və
bədən artıq suyu xaric etdikdə eyni zamanda sodium itirir. Həyati
bir element olan sodium orqanizmdə azaldığında bir sıra sağlamlıq
problemləri yarada bilər ki, bu da ölümə səbəb ola
bilər.