Sevgi meyvəsi adlanan "Çiyələyin Faydaları"
Çiyələk mövsümü artıq başladı. Hər kəsin sevdiyi
bu giləmeyvənin faydalarından xəbərdarsınızmı?
Yaz aylarının imtina edilməz meyvəsi olan çiyələyin insan
orqanizminə xeyiri saymaqla bitmir. Rəngi, qoxusu və dadı ilə ən
çox sevilən giləmeyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor
və dəmir var. Çiyələyin faydaları arasında, ilk sırada C vitamini
ilə zəngin olması durur. 8 ədəd çiyələk yeyərək gündəlik C vitamini
ehtiyacınızın 1.5 qatını ödəmiş olursunuz.
Çiyələk bədənə qüvvət verir; Damar tıxanıqlığının qarşısını alır və
xolesterolu azaldır. Xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyəti
var və həzm sisteminin nizamlı fəaliyyətini təmin edir. Bağırsaq
qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən
zərərli maddələri uzaqlaşdırır.
Sevgi giləmeyvəsi sayılan çiyələk, həmçinin diş ətlərini
gücləndirir, ağız qoxusunu aradan qaldırır. Hətta bir çox Hollywood
ulduzlarının dişlərini çiyələklə masaj edərək ağartdığı da qeyd
olunur.
Çiyələk sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi
tənzimləyir, hərarəti endirir. Revmatizm (oynaq ağrılarını) ,və
qaraciyər xəstəliklərini dəf edir. Dərini nəmləndirib təzə bir
görünüş qazandırır.
Çiyələyi müxtəlif salatlar, yoqurtlar, şirniyyat və dondurmalar,
spirtli və spirtsiz içkilərin istehsalında istifadə edə
bilərsiniz.
Əminik ki, sevimli giləmeyvənizin sadalanan faydalarını oxuduqdan
sonra, təbiətin bizə verdiyi bu möcüzəvi ləzzəti süfrələrinizdən
əskik etməyəcəksiniz!