Feyxoa olduqca faydalı və müalicəvi meyvədir. Feyxoanın faydaları
saymaqla bitmir.
Feyxoa güclü iltihab, mikrob və göbələk əleyhinə xüsusiyyətlərə
malikdir.
Feyxoa immun sisteminin fəaliyyətinə müsbət təsir edir, soyuqdəymə
xəstəliklərin riskini azaldır.
Bu dadlı və ətirli meyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır,
qəbizliklə mübarizədə yardım edir.
Feyxoanın təribində olan flavon maddəsi güclü xərçəng əleyhinə
təsirə malikdir.
Bildiyimiz kimi, yodla zəngin olan feyxoa zob xəstəliyinin ən yaxşı
profilaktikası sayılır və bü xəstəliyin müalicəsində kömək
edir.
Mütəxəssislər feyxoanı bal və limonla qəbul etməyi tövsiyə edirlər.
Sizə tərkibində feyxoa olan əsl can dərmanının reseptini təqdim
edirik
Bizə lazım olacaq:
- - 500 qr feyxoa
- - 200 qr bal
- - 1 iri limon.
Feyxoa yuyulur, qıraqları kəsilir, limonla birlikdə blenderdən
keçirilir. Sonra qarışığa bal əlavə olunur, yaxşı
qarışdırırlır.
Qarışığı soyuducuda saxlayın və gündə 3 dəfə yeməklər arası 1
desert qaşığı (uşaqlar – 1 çay qaşığı) olmaqla qəbul edin.
Mənbə: Saglamolun.Az