Eks-prezident Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvilinin
sözlərinə görə, Saakaşvilinin təcili əməliyyata ehtiyacı var və bu
əməliyyat Gürcüstanda aparılmır.
2022-ci ilin 3-cü rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz bəndi azalaraq 15,6 faiz
təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
ADA Universiteti bu ilin 9-11 dekabr tarixlərində Gürcüstanda
fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin müəllimləri və
ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün tanışlıq turu
təşkil edəcək.
Xarici dövlət nömrə nişanlı avtomobillə Gürcüstanda yol hərəkəti
qaydalarını pozan və cərimə ödəmədən ölkəni tərk edən xarici ölkə
vətəndaşının Gürcüstana yenidən girişi məhdudlaşdırıla bilər.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori
şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət
edib.