Artıq çəkidən qurtulmağa yardımçı olan ən ideal
vasitələrdən biri alma sirkəsidir.
Ta qədim zamanlarda misirlilər artıq çəkilərindən qurtulmaq üçün
məhz alma sirkəsindən istifadə edib.
Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə
malikdir və bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə
olunur və çox yaxşı müalicəvi təsir
edir.
Dünyanın bütün ölkələri üzrə intihar hallarının
statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək
istəyənlərin sayı azalıb.
Azalma xüsusilə Rusiyada
müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın
düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox
vaxt alkoqollu içkilər sürükləyir.
Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək
istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq
ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı
içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib.
İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər
yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər.
Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə
kəsilməsi demək deyildir.
Hazırda bütün dünyada intihar halları 1994-cü illə müqayisədə 38
faiz azalıb. Burada həm iqtisadi inkişaf, həm də sosial sahədə
müsbət dəyişikliklər rol oynayıb.
Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti
yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah
satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha
çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu
işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün
intihara qalxan insanın düşünməyə imkanı olur.
Dünya KİV-ləri də məsələyə ehtiyatla yanaşır, intihar üsullarından
yazmır, oxucuları intihar fikrindən daşınmağa, çətin vəziyyətlərdə
bir-birini dəstəkləməyə və dara düşən insana yardım əli uzatmağa
çağıran materiallar yayırlar.
Çinin Sun Yatsen Universitetinin alimləri
"poxmel"lə ən effektli mübarizə aparan içkini müəyyən
ediblər.Mütəxəssislərin araşdırmalarına görə, limon
şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə "poxmel"in
əlamətlərini daha yaxşı aradan qaldırır.
Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric
edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.
Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək
edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən
sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir
göstərir.
Alimlər qeyd ediblər ki, "poxmel" sindromunun yaranmasına səbəb
təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm
tərəfindən gec "sovurulmasıdır".