Güzəşt siyasətinin effektivliyi və nəticələrinin araşdırması
2010-2019-cu illərə görə Gürcüstan ali təhsil sistemində 1+4
proqramının ilk məzunları 2015-ci ildə olublar.
Statistikaya əsasən 1+4 proqramı çərçivsində 2015-2019-cu illərdə
bakalavr məzunlarının sayı 30% təşkil edib. Ayhan Həsənli, İlfan
Sarıyev və Samaya Hümbətova məhz həmin 30% bir qimsidirlər. Onlar
1+4 proqramı çərçivəsində bu il universiteti bitiriblər.
Ayhan Həsənli İvane
Cavaxişvili adına Tbilisi Dövlət Universitetini
bu il bitirib. O, hüquq fakültəsində təhsil alırmış və gələcəkdə
ixtisasını artırmaq üçün çox planları var. Ayhan deyir ki, etnik
azlıq nümayəndələrinin, dövlət xidmətində işlə təmin olunmaq
baxımından problemləri var. Ancaq bir dəfə də olsa yenə dövlət
strukturunda iş tapmağa cəhd göstərəcək.
“Maqistraturada təhsil almağa davam etməyi düşünürəm.
Hələ bu il yoxsa gələcəkdə davam edəcəyimə qərar verməmişəm. Ancaq
maqistratura pilləsində ali təhsil almağa mütləq davam edəcəyəm.
Eyni zamanda hüquq baxımından ixtisas imtahanlarını verməyi də
düşünürəm. Yəni, bununla yanaşı hüquq müdafiəçisi və ya vəkil
olmaq. Etnik azlıqların dövlət işində işləməsi problemlidir.
İstəsən də işləyə bilmirsən. Ancaq dövlət sektorunda işlə təmin
olunmağa cəhd göstərəcəyəm və bir dəfə müraciət etməyi düşünürəm.
İndi hüquq baxımından təcrübə keçirəm, eləcə də mülki fəalam və
vətəndaş sektorunda öz fəaliyyətimi davam
etdirəcəyəm”, – Ayhan bildirdi.
Universiteti bitirən daha bir gənc isə İlfan Sarıyevdir. O,
Kaxetidə, Yor-Muğanlıda yaşayır. Məzun gələcəkdə özünün notarius
bürosunu açmağı düşünür. Çünki Ayhan Həsənli kimi o, da dövlət
sektorunda işlə təmin olunmağın çətin olduğunu düşünür.
“Tbilisi İvane Cavaxişvili adına dövlət universitetinə
2017-ci ildə qəbul olmuşam. Birinci ili hazırlıq kursunda oxudum və
sonra hüquq fakültəsində təhsil aldım. Gələcəkdə özümün notarius
büromu açmağı və fəaliyyətimi davam etdirməyi düşünürəm. Eləcə də
ixtisasım üzrə maqistraturada təhsilimə davam edəcəyəm. Dövlət
işində işləmək şansım olsa qəbul edərdim. Ancaq burada işlə təmin
edilmək çətindir”, – İlfan Sarıyev bildirdi.
Marneulili Samaya Hümbətova İlia Dövlət Universitetinin xarici
dillər, konkret olaraq ingilis dili fakültəsini bitirib. O,
gələcəkdə məktəbdə müəllim işləyərək karyerasına davam etməyi
düşünür.
“İngilis dili mütəxəssisiyəm. İndiki mərhələdə özəl şirkətlərin
birindi işləyirəm. Ancaq gələcəkdə öz fəaliyyətimi ingilis dili
müəllimi kimi davam etdirmək istəyirəm. Bunun üçün müvafiq imtahan
verməyi planlaşdırıram. Bu il deyil, amma gələcəkdə mütləq. Hansısa
məktəbdə ixtisasım üzrə işləməyi çox istəyirəm”, –
Samaya bildirdi.
Güzəşt siyasətinin effektivliyi və nəticələrinin araşdırması
Gürcüstan ali təhsil sistemində 2010-2019-cu illərə görə, etnik
azlıqların ali təhsil almaq tələbi artır. Əgər 2010-cu ildə Tbilisi
Dövlət Unversitetinə ümumilikdə, 177 tələbə qəbul olurdusa, 2019-cu
ildə bu rəqəm 455 nəfərə qədər artdı. Həmin araşdırmaya görə,
azərbaycndilli tələbələrin böyük qisimi öz gələcəyini Gürcüstanla
əlaqələndirir və bunun üçün Gürcüstanda akreditasiyadan keçmiş ali
təhsil müəssisəsi diplomunun vacibliyindən danışırlar.
Sosial Ədalət Mərkəzinin araşdırmasına görə, Gürcüstana hər il
minlərlər etnik azlıq nümayəndəsi ali təhsil müəssisəsini bitirir.
Onlardan çoxu ixtisası artırmaq məqsədi ilə təhsilini davam
etdirir. İctimai həyatda və siyasətdə etnik azlıqların iştirakı
yenidən mühüm problemdir. Ona görə onların əksəriyyəti özəl
sektorda işlə təmin olunub. “Sosial Ədalət Mərkəzinin”
araşdırmasına görə, 2021-ci ilin yayında yerli özünüidarə
orqanlarından əldə edilmiş məlumat dövlət xidmətində etnik
azlıqların işlə təmin edilməsi problemini aşkar göstərir. Marneuli
bələdiyyə meriyası işlə təmin edilənlərin ümumi sayı 232 nəfərdir.
Buradan etnik azlıq nümayəndəsi 84 nəfərdir. Onların böyük qismi
inzibati ərazi vahidliklərində nümayəndə və ya mütəxəssisdir.