Tamarisi idman zalının ərazisindəki suvarma kanalının təmiri üçün 16 949 lari xərclənməsi planlaşdırılır
Tamarisi kəndinin idman zalı ərazisindəki suvarma kanalının təmiri planlaşdırılır. Marneuli yerli özünüidarəsi suvarma kanalının bərpa xidmətinin alqı-satqısı ilə bağlı 19 sentyabrda tender elan edib.

Tenderin şərtlərinə görə, qalib gələcək şirkət suvarma kalanın bərpasını müqavilə bağladıqdan 45 gün ərzində həyata keçirməlidir. İşlər başa çatdıqdan sonra suvarma kanalının zəmanət müddəti isə təhvil-təslim aktının bağlanmasından etibarən 3 il olmalıdır.

Marneuli yerli özünüidarəsi Tamarisi kəndində idman zalı ərazisində yerləşən suvarma kanalının bərpa işləri üçün 16 949 lari dəyərində tender elan edib. İstəyi olan şirkətlər 6 oktyabrdan 11 oktyabra qədər təkliflərini təqdim edə bilərlər.

"Marneuli" Radiosu
Print