Marneuli meriyası və Bələdiyyə Məclisinin ştat siyahısında dəyişikliklər edilib
Marneuli meriyası və Bələdiyyə Məclisinin ştat siyahısında dəyişikliklər edilib.

Bələdiyyə Məclisinin 20 sentyabr tarixində keçirilmiş iclasında İnzibati Xidmətin rəhbərinin səlahiyyətlərini icra edən Mamuka Şubitidze bildirib ki, meriyanın Nəzarət Xidməti qərarını dəyişdirdiyinə görə əməkdaşların sayının artırılmasına ehtiyac yaranıb.

“Bu tələb yaratdı ki, xidmətdə daha çox yüksək ixtisaslı kadrlar işləməli və cəlb olunmalıdır. Buradan irəli gələrək, hər bir xidmət rəhbəri tərəfindən tələb olundu və burada həmin dəyişikliyə niyə ehtiyac yarandığı açıqlanıb. Bu vəzifələrin artırılmasına səbəb olub”,
— Mamuka Şubitidze bildirib.

Şubitidzenin sözlərinə görə, meriyada ştat sayı artmır və dəyişiklik meriyanın ştatlarında indiyə kimi olan vakansiyalara təsir göstərib. Ümumi hesabda 6 vakant yer dəyişdirilib və vəzifə artırılıb.

Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə işləyən şəxslərin sayında və onların maaşının müəyyən edilməsi barədə sərəncamda da dəyişiklik edilib. Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze iclasda bildirib ki, Bələdiyyə Məclisində ştat sayı artmır və mövcud vəzifələrdə yerdəyişmə edilir.

“Xatırladım ki, bizim müqavilədə olan əməkdaşların sayı artmır. Yalnız vəzifələr dəyişdirilir, yəni daxili ştat sayı çərçivəsində funksiyalar dəyişdiriləcək”.


Marneuli Bələdiyyə Məclisi 20 sentyabrda keçirilmiş iclasda meriya və Bələdiyyə Məclisinin ştat siyahısında dəyişikliklər edilməsini dəstəkləyib.

"Marneuli" Radiosu
Print