Şaumyani kəndində 62 küçəyə ad veriləcək
Marneuli bələdiyyəsinin Şaumyani kəndində 62 küçəyə ad veriləcək.

Adların verilməsi prosesi barədə Bələdiyyə Məclisinin iclasında Əmlakın İdarəedilməsi və Təbii Resurslar Komissiyasının sədri Qivi Qiorqadze 20 sentyabr tarixində məlumat verib və bildirib ki, adların verilməsi ilə bağlı bələdiyyədə xüsusi komissiya yaradılıb.

“Adların verilməsi ilə bağlı komissiya yaradılıb və Şaumyanidə küçələrə ad verilib. Bu əhali və Quberniyanın razılığı ilə olur”.

Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin 28 sentyabrda “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, küçələrin adları bəyənmək üçün Adlandırma üzrə Hökumət Komissiyasına artıq göndəriblər.

Marneuli bələdiyyəsinin kəndlərində küçələrə adların verilməsi prosesinə 2022-ci ilin fevral ayında başlanılıb.

Bələdiyyə miqyasında Marneuli şəhəri, Saimerlo, Tsereteli, Qızılhacılı və İmir kəndlərinin bütün küçələrinə adlar verilib.

Kəndlərdə küçələrə adların seçilməsi əhalinin təşəbbüsü ilə olur və bir neçə mərhələdən ibarətdir. Təxminən 10 nəfərdən ibarət olan yerli meriyanın işçi qrupuna öz verisyalarını deyirlər. Əgər hamı adla bağlı razılığa gəlirsə, məsələ müzakirə üçün coğrafi obyektlərin adlandırılması, normallaşdırma, istifadə etmə, siyahıya almaq və qorumaq məqsədi ilə coğrafi obyektlərin adlandırılması üzrə fəaliyyət göstərən hökumət komissiyasına göndərilir. Yekun adı vermək isə Bələdiyyə Məclisinin səlahiyyətidir.

"Marneuli" Radiosu
Print