Ulduz falı – Çalışın, diqqətinizi toplayasınız
Qoç
Mövqeyinizi möhkəmləndirin, tutduğunuz istiqamətdə irəliləməyə
davam edin. Üzünüzə yeni qapılar açacağı ehtimal edilən
əməkdaşlığın təməli qoyulacaq. Şəxsi işlərinizdə köklü
dəyişikliklər etməyə tələsməyin. Hətta bu müstəvidə sizi qane
etməyən nəsə olsa da, ehtiyatlı hərəkət edin.
Buğa
Çalışın, diqqətinizi toplayasınız. Çünki böyük zəhmət bahasına başa
gələni bu gün asanlıqla itirə bilərsiniz. Müttəfiqləriniz sizi
təəccübləndirəcək. Şəxsi münasibətlərdə vəziyyət yaxşı olacaq. Bu
sahədə riskli addımlar atmayacaqsınız.
Əkizlər
Işdə diqqətli və ehtiyatlı olun. Ulduzlar iddia edir ki, bu
müstəvidə sizi təhlükə gözəyir. Amma qabaqcadan təhlükənin haradan
gələcəyini müəyyənləşdirə bilməyəcəksiniz. Çünki bu gün dostu
düşməndən ayırmaq asan deyil. Ulduzlar düzgün nəticəyə gəlmək üçün
sadəcə, hadisələri izləməyi məsləhət görür.
Xərçəng
Son zamanlar çalışqanlıq nümayiş etdirməklə diqqət mərkəzində
olacaqsınız. Sizin bu cəhdinizi qiymətləndirənlərdən biri də uğurlu
gələcək vəd edən şəxslərdən biri olacaq. Şəxsi müstəvidə böyük
dəyişiklik gözlənilir. Hələlik hadisələri tələsdirməyin.
Şir
Sizdən xoşu gəlməyənlərin hücumundan sığortalanmaq üçün zəhmətə
qatlaşmalısınız. Yaradıcılıq potensialınız aşağıdır. O üzdən də bu
gün başqalarının ideyalarından bəhrələnməli olacaqsınız. Ehtimal
ki, bir vaxtlar münasibətiniz olmuş və həyatınızda acı xatirələr
buraxmış şəxslə qarşılaşacaqsınız. Yenidən macəraya can atmayın,
bunun əvvəlkindən də pis nəticələnəcəyi gözənilir.
Qız
Işgüzar “Qız”lar vəzifədə irəli çəkiləcək. Valideynlərlə, yaxud da
yaşlı qohumlarla bağlı xəbər sizi sevindirəcək. Ailə-məişət
məsələlərini təklikdə həll etməyəcəksiniz. Çünki yaxınlarınız sizi
hərtərəfli dəstəkləyəcək.
Tərəzi
Bütün sahələrdə günün məhsuldar olacağı gözlənilir. Ən əsası,
yenilikdən çəkinməməkdir. Diqqəti özünüzə cəlb etməyi
bacaracaqsınız. Sevgililəri gözəl gün gözləyir. Bu gün sevgi
etirafı baxımından ən əlverişli zamandır.
Əqrəb
Bu gününüz əvvəlkindən daha yaxşı olacaq. Ətrafdakılar üzərində
təsiriniz artacaq. Tutduğunuz vəzifədə yüksəliş olacağı da ehtimal
edilir. Bir balaca təmkinli olsanız, şəxsi müstəvidə də heç bir
probleminiz olmaz.
Oxatan
Maliyyə baxımından çox əlverişli gündür. Siz gəlirinizi artırmaqla
yanaşı, fayda gətirəcək sövdələşmələrə də imza atacaqsınız.
Tutduğunuz postu daha çox əməkhaqqı vəd edən yeni iş yeri ilə
dəyişəcəyiniz də gözlənilir. Şəxsi müstəvidə isə elə bir ciddi
dəyişiklik baş verməyəcək.
Oğlaq
Kifayət qədər çətin gün yaşayacaqsınız. Bütün gücünüzü səfərbər
etməlisiniz ki, neqativ atmosferdə baş çıxara biləsiniz.
Başqalarının səhvinə görə məsuliyyəti öz üzərinizə götürəcəksiniz.
Təbii ki, kifayət qədər də tənbehlər eşidəcəksiniz. Zərgərlik
məmulatı almayın, çünki yaxın zamanlarda onu sizə hədiyyə
edəcəklər.
Dolça
Işdə ciddi problemləriniz olacaq. Çünki ən sadə məsələlərdə belə,
səhvlərə yol verirsiniz. Buraxdığınız səhvlərə göz yumulacağına
ümid etməyin. Şəxsi müstəvidə dəyişiklik arzusu sizi yanlış çığıra
çəkir. Bunun nəticəsidir ki, şübhə ilə baxdığınız münasibətlərin
təməlini qoyursunuz.
Balıqlar
Məhsuldar gündür. Bütün işlərin öhdəsindən yaxşı gələcəksiniz.
Bürcün rəhbər nümayəndələri köməkçilərinə etibar edə bilərlər.
Ulduzlar onların səliqəliliyinə və çalışqanlığına şübhə etməməyə
çağırır. Gün, korlanmış münasibətlərin bərpası baxımından da
məhsuldardır.