"1+4 təcrübə proqramı” elan olunub – iştirakçılar hansı meyarlarla seçilirlər
"1+4 proqramı”-nın iştirakçısı olan tələbələr üçün dövlət qurumlarında, yerli özünüidarə orqanları və başqa dövlət xidmətlərində altı aylıq təcrübə proqramı elan olunub. Təcrübə proqramına qəbulu “gürcü dili hazırlıq təhsil proqramından ” (“1+4 proqramı”) istifadə edənlər üçün Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində Gürcüstan Dövlət naziri Aparatı, Gürcüstanın Dövlət Xidməti Bürosu ilə əməkdaşlıqla elan edir.

Proqramdan istifadə pilot rejimdə 2017-ci ildə başlayıb. Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində Gürcüstan Dövlət naziri Aparatının Vətəndaş Bərabərliyi Departamentinin rəhbər müavini Eliso Lomidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təcrübə proqramı ildə iki dəfə, yaz və payız dövründə, 1-dən 6 aya qədər müddətə elan olunur.

“Bu etnik azlıq nümayəndəsi olan gənclər üçün xüsusi, sadələşdirilmiş proqramdır. Proqramın məqsədi dövlət qurumlarında, eləcə də yerli özünüidarə orqanları və ictimai-hüquqi şəxslərdə təcrübə proqramı yolu ilə müvafiq məlumat, təcrübə toplamaq, biliyin daha da inkişaf etdirilməsi, peşə leksikasının zənginləşdirilməsi, eyni zamanda iş bacarıqlarının sonrakı inkişafıdır. Bu onların əmək bazarında rəqabətliliyinin yüksəldilməsinə, onların həvəsləndirilməsinə, qoşulmasına və vətəndaş inteqrasiyasına dəstək olacaq. Etnik azlıq nümayəndəsi olan gənclərin, bakalavrın III və ya IV kurs tələbələrinin/məzunların, yaxud maqistratura tələbələrinin/məzunlarının təcrübə proqramında iştirak etmək hüququ var”, – Eliso Lomidze bildirdi.

Maraqlanan aplikant elekton qaydada ərizə formasını doldurur. Müraciəti tam doldurduqdan və tələb olunan başqa sənədləri təqdim etdikdən sonra aplikant söhbət üçün xüsusi yaradılmış müsabiqə komissiyasına gedir. Söhbətdə də onun təcrübə keçmək məqsədi ilə seçdiyi qurumun nümayəndəsi iştirak edir.

“Müsabiqə komissiyası iki əsas meyraı əsasında aplikantları seçir. Birinci – aplikant müvafiq sertifikata və ya arayışa sahib olmalıdır. Həmin sənəd gürcü dilində 1 illik hazırlıq proqramını təsdiq etməlidir. Eyni zamanda aplikant motivasiya məktubunda, qısa şəkildə, ancaq aydın və arqumentlərlə onun istədiyi konkret qurumda təcrübı keçməsi barədə motivasiya təqdim etməlidir. Proqram çərçivəsində bu günə qədər 400-ə yaxın gənc müxtəlif dövlət qurumlarında, həmçinin, nazirliklərdə, yerli özünüidarə orqanları və ictimai hüquqi şəxslərdə, məktəblərdə təcrübə keçib. Gəncləri çağırıram, kimin marağı və müvafiq motivasiyası varsa bu imkandan yararlansın, təcrübə proqramına qoşulsun”, – Eliso Lomidze deyir.

Qeyd edək ki, proqram 2020-ci ildə, kovid pandemiyası şəraitində tətbiq edilmiş məhdudiyyətlərə görə, müvəqqəti olaraq dayandırılmışdı.

Təcrübə proqramında iştirak etmək istəyənlər 17 oktyabra qədər müraciət formasını doldura bilərlər.

Maraqlanan şəxslər Dövlət naziri Aparatının rəsmi veb-səhifəsindən, eləcə də dövlət xidməti bürosunun veb-səhifəsindən təcrübə proqramının şərtləri ilə əlaqədar əlavə məlumat ala bilər.

Print E-mail
FaceBook Twitter Google