"1+4 proqramı”-nın iştirakçısı olan tələbələr üçün dövlət
qurumlarında, yerli özünüidarə orqanları və başqa dövlət
xidmətlərində altı aylıq təcrübə proqramı elan olunub.
Təcrübə proqramına qəbulu “gürcü dili hazırlıq təhsil proqramından
” (“1+4 proqramı”) istifadə edənlər üçün Barışıq və Vətəndaş
Bərabərliyi Məsələlərində Gürcüstan Dövlət naziri Aparatı,
Gürcüstanın Dövlət Xidməti Bürosu ilə əməkdaşlıqla elan edir.
Proqramdan istifadə pilot rejimdə 2017-ci ildə başlayıb. Barışıq və
Vətəndaş Bərabərliyi Məsələlərində Gürcüstan Dövlət naziri
Aparatının Vətəndaş Bərabərliyi Departamentinin rəhbər müavini
Eliso Lomidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
təcrübə proqramı ildə iki dəfə, yaz və payız dövründə, 1-dən 6 aya
qədər müddətə elan olunur.
“Bu etnik azlıq nümayəndəsi olan gənclər üçün xüsusi,
sadələşdirilmiş proqramdır. Proqramın məqsədi dövlət qurumlarında,
eləcə də yerli özünüidarə orqanları və ictimai-hüquqi şəxslərdə
təcrübə proqramı yolu ilə müvafiq məlumat, təcrübə toplamaq,
biliyin daha da inkişaf etdirilməsi, peşə leksikasının
zənginləşdirilməsi, eyni zamanda iş bacarıqlarının sonrakı
inkişafıdır. Bu onların əmək bazarında rəqabətliliyinin
yüksəldilməsinə, onların həvəsləndirilməsinə, qoşulmasına və
vətəndaş inteqrasiyasına dəstək olacaq. Etnik azlıq nümayəndəsi
olan gənclərin, bakalavrın III və ya IV kurs
tələbələrinin/məzunların, yaxud maqistratura
tələbələrinin/məzunlarının təcrübə proqramında iştirak etmək hüququ
var”, – Eliso Lomidze bildirdi.
Maraqlanan aplikant elekton qaydada ərizə formasını doldurur.
Müraciəti tam doldurduqdan və tələb olunan başqa sənədləri təqdim
etdikdən sonra aplikant söhbət üçün xüsusi yaradılmış müsabiqə
komissiyasına gedir. Söhbətdə də onun təcrübə keçmək məqsədi ilə
seçdiyi qurumun nümayəndəsi iştirak edir.
“Müsabiqə komissiyası iki əsas meyraı əsasında
aplikantları seçir. Birinci – aplikant müvafiq sertifikata və ya
arayışa sahib olmalıdır. Həmin sənəd gürcü dilində 1 illik hazırlıq
proqramını təsdiq etməlidir. Eyni zamanda aplikant motivasiya
məktubunda, qısa şəkildə, ancaq aydın və arqumentlərlə onun
istədiyi konkret qurumda təcrübı keçməsi barədə motivasiya təqdim
etməlidir. Proqram çərçivəsində bu günə qədər 400-ə yaxın gənc
müxtəlif dövlət qurumlarında, həmçinin, nazirliklərdə, yerli
özünüidarə orqanları və ictimai hüquqi şəxslərdə, məktəblərdə
təcrübə keçib. Gəncləri çağırıram, kimin marağı və müvafiq
motivasiyası varsa bu imkandan yararlansın, təcrübə proqramına
qoşulsun”, – Eliso Lomidze deyir.
Qeyd edək ki, proqram 2020-ci ildə, kovid pandemiyası şəraitində
tətbiq edilmiş məhdudiyyətlərə görə, müvəqqəti olaraq
dayandırılmışdı.
Təcrübə proqramında iştirak etmək istəyənlər
17 oktyabra qədər müraciət formasını doldura
bilərlər.
Maraqlanan şəxslər Dövlət naziri Aparatının rəsmi
veb-səhifəsindən, eləcə də dövlət xidməti
bürosunun
veb-səhifəsindən təcrübə proqramının şərtləri
ilə əlaqədar əlavə məlumat ala bilər.