Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
Bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb.
F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb.
2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV
Azərbaycan" telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin
məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.