İmeretidən sonra ən çox adam Kvemo Kartlidə yaşayır
Gürcüstan əhalisinin sayı 3 688 600 nəfər təşkil edir. Gürcüstan Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2022-ci ilin 1 yanvarına olan məlumata əsasən Gürcüstanın regionları arasında ən çox adam İmeretidə, Kvemo Kartlidə və Acarıstanda yaşayır.

İmereti əhalisinin sayı 466 600 nəfər təşkil edir. Daha sonra 434 500 nəfərlə Kvemo Kartli, 355 500 nəfərlə isə Acarıstan gəlir.

Kvemo Kartlinin sahəsi 6 436.2 kvadrat kilometrdir. Statistika Xidmətinin göstəricilərinə görə, Kvemo Kartlidə işsizlik səviyyəsi 25,2%-dir. Regionda işlə təmin olunanların sayı 123 900 nəfərdir. Biznes sektorda işlə təmin olunanların sayı 39 300 nəfərdir. İşləyənlərin aylıq orta əməkhaqqı biznes sektorda 1 111,2 laridir.

Gürcüstanda ən çox adam paytaxtda, Tbilisidə yaşayır. Tbilisi əhalisinin sayı 2022-ci ilin 1 yanvarına olan məlumata görə, 1 177 200 nəfər təşkil edir.

Əhalisinin sayına görə, Gürcüstan regionlarının siyahısını təqdim edirik:
  • Kaxeti - 304 900 nəfər
  • Mtsxeta-Mtianeti - 92 400 nəfər
  • Şida Kartli - 250 500 nəfər
  • Samtsxe-Cavaxeti - 148 300 nəfər
  • Raça-Leçxumi və Kvemo Svaneti - 27 600 nəfər
  • Sameqrelo-Zemo Svaneti - 301 200 nəfər
  • Quria - 105 300 nəfər

Print E-mail
თეგები: Gürcüstan Kvemo Kartli Marneuli
FaceBook Twitter Google