Gürcüstan Dəmiryolundan Sadaxlı-Tbilisi qatarı hərəkətinin nə zaman bərpa olunacağını demirlər
Gürcüstan Dəmiryolu koronavirus pandemiyası başlayandan kənar məntəqələrə qatarların hərəkətini dayandırdı. Digər istiqamətlərlə yanaşı artıq iki ildir Tbilisi-Sadaxlı qatarı da dayandırılıb.

Gürcüstan Dəmiryolundan “Marneuli” radiosuna bildirdilər ki, kənar məntəqə qatarlarında kovid təznimləmələrin qorunması mümkün olmurdu və buna görə də hərəkəti məhdudlaşdırıblar. Baxmayaraq ki, kovid tənzimləmələr yüngülləşdirilib və maskadan istifadə etmək ictimai nəqliyyatda məcburi deyil. Dəmiryolu yenə də məntəqə qatarlarının hərəkətinin bərpa edilməsinə tələsmir.

“Pandemiyadan sonra şirkət məntəqə qatarlarının yenilənməsi haqqında qərar qəbul etməyib. Müvafiq olaraq, əgər əlavə nəisə yenilik olarsa biz özümüz məlumat yayımlayacağıq”, – Gürcüstan Dəmiryolundan bildirdilər.

Gürcüstan Dəmiryolundan Sadaxlı-Tbilisi istiqamətində qatarın hərəkətinin bərpa olunmamaq səbəbini açıqlamırlar.

Sadaxlı-Tbilisi qatarı gündə iki reys edirdi və qatardan dəmiryolu kənarında yerləşən məntəqə sakinləri istifadə edirdilər. Çox adamlar üçün bu məhsulunun Tbilisidə satılması üçün yeganə imkan idi.

Print E-mail
FaceBook Twitter Google