Gürcüstan məktəblərinin 10% qeyri-gürcüdillidir
Gürcüstan miqyasında ümumilikdə 207 qeyri-gürcüdilli ictimai məktəb fəaliyyət göstərir. Məlumat Azadlığının İnkişafı İnstitutunun (İDFİ) yayımladığı təhsil sektoru ilə bağlı araşdırmaya əsasən, 2021-2022-ci ildə qeyri-gürcüdilli məktəblər Gürcüstanın ictimai məktəblərinin 10% təşkil edir. Araşdırma etnik azlıqların və sosial baxımdan həssas qrupların problemlərini müəyyən edir.

“Gürcüstanda 117 ermənidilli, 79 azərbaycandilli və 11 rusdilli ictimai məktəb fəaliyyət göstərir. Bu isə qeyrigürcüdilli məktəblərin 57%, 38% və 5% təşkil edir”, – təhsil sektoru ilə bağlı araşdırmada yazılıb.

Baxmayaraq ki, ermənidilli məktəblərin sayı azərbaycandilli və rusdilli məktəblərdən artıqdır, ermənidilli şagirdlərin sayı azərbaycandilli və rusdilli şagirdlərin sayından azdır. 2021-2022-ci ildə qeyri-gürcüdilli şagirdlərin sayı 54 325 nəfər olub, bu isə Gürcüstanda şagirdlərin 9%-ni təşkil edir.

54 325 qeyri-gürcüdilli şagirdlərin 47,7% azərbaycandilli, 26,5% rusdilli, 24,5% isə ermənidillidir.

Print E-mail
თეგები: Gürcüstan Məktəb
FaceBook Twitter Google