Marneuli meriyasının Əmlakın İdarəolunması Xidmətinin rəhbəri Aqil Əmircanov olub
Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov təyin olunub.
Aqil Əmircanov Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri təyin olunana qədər Gürcüstan Parlamentinin Majoritar Deputat Bürosunun rəhbəri olaraq işləyirdi.

Aqil Əmircanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriyanın Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri vəzifəsinə vakansiya elan edilibmiş və o, müsabiqə qaydası ilə seçilib. Əmircanov səlahiyyətlərini icra etməyə 11 oktyabrdan başlayıb.

Əmircanov “Gürcü Arzusu” partiyasının ianəçisidir. O, 2017-ci ildə partiyaya 45, 2021-ci ildə isə 2 200 lari ianə verib.

“Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidməti Marneuli meriyasının struktur vahidliyidir və bələdiyyənin əmlakından istifadə, istifadəyə vermə məsələləri ilə bağlı təkliflər hazırlamağı təmin edir. Marneuli bələdiyyəsinin əmlakın idarəolunması, mühasibat uçotunu, mühafizə və onun məqsədli istifadəsi üçün lazım olan uyğun tədbirləri həyata keçirir. Bələdiyyənin özünüidarə orqanlarının fəaliyyətinin informasiya-texnologiya-proqram təminatını həyata keçirir və müvafiq istiqamətdə yeni/müasir rəqəmsal/elektron texnologiyaların tətbiqinə dəstək olur”, – Əmlak İdarəsi və Maddi-Texniki Təminat Xidmətinin müddəasında qeyd olunub.

Qeyd etmək lazımdır ki, Marneuli meriyas xidmətinin rəhbərlərinin dəyişdirilməsinə ötən aydan başlanılıb. Marneuli meriyası yerli özünüidarənin icra orqanlarında struktur dəyişikliklərinə nəyin səbəb olduğunu bu günə qədər açıqlamayıb.

Print E-mail
FaceBook Twitter Google