Marneuli Bələdiyyə Məclisi Temur Çalabaşviliyə kitab nəşr etmək üçün 5000 lari verib
Marneuli Bələdiyyə Məclisi gürcü şairi Temur Çalabaşvilinin 70 illik yubileyi ilə əlaqədar kitabın nəşr edilməsinə vəsait ayrılması üçün dəstək göstərib. Bələdiyyə Məclisinin iclasında məsələni təqdim edən, Marneuli meriyasının İnzibati Xidmətin rəhbəri səlahiyyətlərini icra edən Mamuka Şubitidze bildirdi ki, meriyaya kitabın nəşri üçün 5000 lari pul tələbi ilə Temur Çalabaşvilinin özü müraciət edib.

“Xatırladım ki, tanınmış gürcü şairi, Gürcüstam Yazıçılar Birliyinin həmsədri, İlia Çavçavadze və Qalaktion Tabidze adına mükafat laureatı, Tbilisinin fəxri vətəndaşı Temur Çalabaşvilinin doğum günü ilə əlaqədar olaraq – onun 70 yaşı tamam olub – seçilmiş əsərlərindən ibarət kitab nəşr olunacaq. O, bizdən xahiş etdi ki, 5000 lari dəyərində dəstək göstərək. Düşünürəm ki, bu adam bizim dəstəyimizə layiqdir və xahiş edirik, bu məsələyə dəstək verəsiniz”,
– Mamuka Şubitidze bildirib.

Marneuli Bələdiyyə Məclisi Çalabaşviliyə 5000 lari ayrılmasını yekdilliklə dəstəkləyib.

Qeyd edək ki, bu gün, 20 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçirilib. İclasda müzakirə üçün 9 məsələ çıxarılmışdı. Məsələlərin hamısı ilə bağlı müsbət qərar qəbul olunub.

Print E-mail
თეგები: Marneuli Bələdiyyə Məclisi pul
FaceBook Twitter Google