Marneulinin 5 kəndində yollara çınqıl töküləcək
Marneuli yerli özünüidarəsi 5 kənddə yollara çınqıl tökməyi planlaşdırır. Marneuli meriyası kəndə dəstək proqramı çərçivəsində kəndlərdə yollara çınqıl tökülməsi üçün 3 sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli yerli özünüidarəsi kəndlərdə yollara çıqnıl tökülməsi üçün sadələşdirilmiş müqaviləni eyni şirkətlə – “GMG Construction 2022” ilə bağlayıb.

Birinci tenderə görə, meriya Axlı-Lələ və Təkəli kəndlərində yollara çınqıl tökülməsi işlərinə 34 758 lari 78 tetri ödəyəcək. Burma və Xuldərədə yollara çınqıl tökülməsi işləri üçün isə 25 034 lari 78 tetri nəzərdə tutulub. Ulaşlı kənd yollarına çınqıl tökülməsi üçün 15 570 lari 80 tetri ayrılıb.

Hər bir layihənin həyata keçirilməsi üçün “GMG Construction 2022”-nin 60 gün vaxtı var. Qeyd edək ki, layihələr tam olaraq Gürcüstan mərkəzi büdcəsindən kəndə dəstək proqramı çərçivəsində maliyyələşdirilir.

Print E-mail
თეგები: Maneuli Bələdiyyəsi
FaceBook Twitter Google