“VMH” Marneulinin 2023-cü i büdcəsində sosial yardımların artırılmasını tələb edir
Yerli özünüidarə noyabr ayından Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsi üzərində işləməyə başlayacaq. Marneuli meriyası Bələdiyyə Məclisində büdcənin ilkin variantını göndərəcək.

Bələdiyyə Məclisi büdcə layihəsini müzakirə edəcək və qeydlər olduğu halda yenidən meriyaya göndərəcək. Büdcənin formalaşdırılmasında hər bir vətəndaş iştirak edə bilər.

Büdcə layihəsi ilə bağlı Marneuli Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” fraksiyası təşəbbüs hazırlayıb. Təşəbbüs sosial proqramlarda məbləğin artırılmasını nəzərdə tutur.

“Təşəbbüs hazırlamışıq. Təşəbbüsə görə, maddi baxımdan əziyyət çəkən benefisiarlar üçün çox mühümdür. Biz bilirik ki, hakimiyyət hər il dövlət məmurlarının maaşını artırır və gələn il də yenidən maaşların artırılmasını planlaşdırırlar. Bununla bağlı Gürcüstan Baş naziri anons da verib. Məhz buna görə, hər şey bahalaşıb, insanların yaşam tərzi çətinləşib. İndi ehtiyacı olan ailələrin qayğısına qalmaq ən mühüm işdir ki, onların həyatlarını xilas etmək üçün minimum imkanları olsun. Bu məsələ ilə bağlı layihə hazırlamışıq. İlkin mərhələdə meriyanı yazılı şəkildə layihə ilə tanış edəcəyik ki, gələn il büdcədə bu müvafiq vəsaitlər nəzərdə tutulsun”, –
“VMH” Fraksiyasının sədri Laşa Kveladze bildirib.

“Vahid Milli Hərəkatın” Marneuli Rayon Təşkilatının rəhbərinin açıqlamasına görə, əgər meriya və Bələdiyyə Məclisi “VMH”-nın təşəbbüsünü qəbul etməzsə, bu hakimiyyətin həmin yardımı alan insanları aclıqla ölümə məhkum etməsi demək olacaq.

“Vahid Milli Hərəkat” Fraksiyasının təşəbbüsünü sizə təqdim edirik:

1. Yaşlı adamlar üçün 200 lari dəyərində yardım verilir, 100 lari əlavə edilsin və 300 lari olsun. Birdəfəlik.
2. Fiziki imkanları məhdud veteranlar – hazırda olan 200 larilik xidmətə 200 lari də əlavə olunsun və 400 lari olsun. Birdəfəlik.
3. Statusundan asılı olmayaraq bütün veteranlara (büdcədə hazırda ümumi olaraq nəzərə alınmayıb və əlavə edilməlidir) bələdiyyə miqyasında birdəfəlik yardım olaraq 300 lari müəyyən edilsin. Birdəfəlik.
4. Aztəminatlı tək valideyn – hazırkı paket 200 laridir – 200 lari əlavə olunsun və 400 lari olsun. Birdəfəlik.
5. Bütün tək valideynlər - (Sosial statusundan asılı olmayaraq hazırkı büdcə paketində nəzərdə tutulmayıb və əlavə olunmalıdır) 300 lari dəyərində yardım müəyyən edilsin. Birdəfəlik.
6. Aztəminatlı çoxuşaqlı ailələr 200 lari yardım alırlar, 200 lari əlavə olunsun və 400 lari müəyyən edilsin. Eləcə də aztəminatlı statusu olmayan və hazırkı büdcədə onlar üçün yardım nəzərdə tutulmamış çoxuşaqlı ailələrə 300 lari yardım təyin edilsin. Birdəfəlik.
7. Aztəminatlı üç uşağı olan, yardım nəzərdə tutulmamış ailələrə 300 lari yardım təyin edilsin. Birdəfəlik.
8. Hazırda büdcədə 200 lari dəyərində yardım nəzərdə tutulmuş kimsəsiz uşaqlara gələn ilin büdcəsində 300 lari yardım təyin olunsun. Hər ay.
9. 0-15 0000 balı olan aztəminatlılar – hazırkı büdcədə 200 lari dəyərində yardım nəzərdə tutulub və gələn ilin büdcəsində 400 lari nəzərdə tutulsun. Birdəfəlik.
10. Görmə və eşitmə qüsurlular üçün 50 larilik paket 100 lari artırılsın və 150 lari olsun. Hər ay.
11. Ailəsi aztəminatlı, kimsəsiz və ya veteran övladı olan tələbələr üçün hazırda birdəfəlik 500 lari dəyərində yardım verilir. Buna 500 lari də əlavə edilsin və 1000 lari olsun. Eləcə də birdən artıq tələbə uşağı olan ailələrə yalnız 500 lari yardım nəzərdə tutulub. Dəyişiklik edilsin və sosial statusuna baxmayaraq ailədəki hər bir uşağa 500 lari dəyərində yardım təyin edilsin. Hazırkı büdcədə yalnız bakalavr pilləsində təhsil alanlara, 90 baldan yuxarıya 1000 lari yardım nəzərdə tutulub, gələn ildən büdcədə dəyişiklik edilsin və magistratura pilləsinə sonrakı ballara görə, yardım təyin edilsin:

  • 81- 90 bala qədər - 800 lari.
  • 91 95 bala qədər - 1000 lari.
  • 95 baldan yuxarı - 1500 lari.

Bakalavr:

  • 85 baldan yuxarı 500 lari.

Doktorantura:

  • 85 baldan yuxarı 500 lari.

Eləcə də valideynlər tərəfindən bəzi tələbələrin məruzəsinin axşam saat 9-da başa çatması və buna görə də Marneuliyə qədər taksi ilə gəlmək məcburiyyətində qalması problemi qeyd olunub. Bu isə əlavə xərclər yaradır. Onların ailələri üçün kifayət qədər çətindir, çünki şəhərdə mənzil kirayələyə bilmirlər.

Axşam saatlarında (saat 21:00-dan 22:00-a qədər) tələbələrin Marneuliyə qayıtmasını təmin edəcək nəqliyyatın təyin edilməsini tələb edirlər. Gediş haqqı 50 lari dəyərində paketlə maliyyələşdirilən digər tələbələrin yardımı isə 100 lariyə qədər artırılsın. Hər ay.
"Marneuli" Radiosu

Print