DİN Qızılhacılıda baş vermiş yaralama faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
Daxili İşlər Nazirliyi 23 oktyabr tarixində Marneulidə, Qızılhacılı kəndində baş vermiş yaralama faktı ilə bağlı bir nəfəri saxlayıb. DİN 1970-ci il təvəllüdlü şəxsin yaralanması faktı ilə bağlı 1985-ci il təvəllüdlü H.İ.-ni saxlayıb. Saxlanılan şəxs qəsdən sağlamlığa zərər vurma və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınmasında ittiham olunur.

"İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 23 oktyabrında, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 1970-ci il təvəllüdlü A.A-nı odlu silahdan atəş açaraq yaralayıb və hadisə yerindən qaçıb. Yaralanmış şəxsə müvafiq tibbi yardım göstərilib. Onun vəziyyəti stabildir", – DİN-nin bəyanatında qeyd olunub.

Operativ istintaq tədbirləri nəticəsində Kvemo Kartli polisi cinayətdə istifadə olunmuş odlu silahı – tapançanı maddi sübut kimi müsadirə edib.

DİN-nin açıqlamasına görə, Gürcüstan Cinayət Məcəlləsinin 120-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr sağlamlığa qəsdən yüngül zərər vurma və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınmasını nəzərdə tutur.


"Marneuli" Radiosu
Print
თეგები: cinayət Marneuli Polis