“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Milli Azlıqlar Şurasına üzv olub
“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Xalq Müdafiəçisi ofisi yanında mövcud olan Milli Azlıqlar Şurasına üzv olub. “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin rəhbəri Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təşkilat Milli Azlıqlar Şurasına 21 oktyabrda qoşulub.

“Qeyd olunan şura Gürcüstan miqyasında ən böyük şuradır. Burada müxtəlif etnosların nümayəndələri təmsil olunur. Bu şura artıq illərdir ki, fəal olaraq işləyir, müxtəlif araşdırmalar aparır, lazım olan halda əməkdaşlıq edir və dövlətə nəyi necə etməli olduğu ilə bağlı tövsiyə verir. Etnik azlıqların qərarların qəbulu prosesində iştirakı, onların inteqrasiyası, mülki iştirak və s. niyə mühümdür. Bu şura etnik azlıqlarla bağlı olan bütün istiqamətlərdə işləyir”, – Rəşan Ziyadəliyev bildirdi.

Rəşan Ziyadəliyevin sözlərinə görə, o, “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin Xalq Müdafiəçisi ofisi yanında mövcud olan Milli Azlıqlar Şurasına üzv olduğuna sevinir və təşkilat mövcud problemlərin həllində öz töhfəsini verəcək.

“Bizim üçün hazırkı proseslər mühümdür. Çünki bilirik ki, bu şura Xalq Müdafiəçisi ofisi ilə işləyir. Müvafiq olaraq, mənim üçün gələcək Xalq Müdafiəçisinin kim olacağı əhəmiyyətlidir. Əlbəttə, kim olsa da, vicdanlı, peşəkar olmalıdır. Bərabər, ədalətli baxışları, insan hüquqları istiqamətində işləməklə bağlı böyük təcrübəyə sahib olmalıdır. Eləcə də etnik azlıqlara qarşı münasibətin necə olacağı və onlarla necə əməkdaşlıq edəcəyi də mühümdür. Bu meyarlardan irəli gələrək mən çox istəyirəm ki, müstəqil, bütün qruplarla işləyə biləcək şəxs seçilsin”.

Ziyadəliyevin sözlərinə görə, “Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Gürcüstanda yaşayan bütün etnik azlıq qruplarının hüquqlarının qorunması üçün maksimum güc sərf edəcək və onların problemlərinin həllində öz töhfəsini verəcək.

Print E-mail
FaceBook Twitter Google