“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Xalq Müdafiəçisi ofisi
yanında mövcud olan Milli Azlıqlar Şurasına üzv olub.
“Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin rəhbəri Rəşan Ziyadəliyev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təşkilat Milli
Azlıqlar Şurasına 21 oktyabrda qoşulub.
“Qeyd olunan şura Gürcüstan miqyasında ən böyük
şuradır. Burada müxtəlif etnosların nümayəndələri təmsil olunur. Bu
şura artıq illərdir ki, fəal olaraq işləyir, müxtəlif araşdırmalar
aparır, lazım olan halda əməkdaşlıq edir və dövlətə nəyi necə
etməli olduğu ilə bağlı tövsiyə verir. Etnik azlıqların qərarların
qəbulu prosesində iştirakı, onların inteqrasiyası, mülki iştirak və
s. niyə mühümdür. Bu şura etnik azlıqlarla bağlı olan bütün
istiqamətlərdə işləyir”, – Rəşan Ziyadəliyev
bildirdi.
Rəşan Ziyadəliyevin sözlərinə görə, o, “Mülki Məşğulluq və Aktivizm
Mərkəzi”-nin Xalq Müdafiəçisi ofisi yanında mövcud olan Milli
Azlıqlar Şurasına üzv olduğuna sevinir və təşkilat mövcud
problemlərin həllində öz töhfəsini verəcək.
“Bizim üçün hazırkı proseslər mühümdür. Çünki bilirik
ki, bu şura Xalq Müdafiəçisi ofisi ilə işləyir. Müvafiq olaraq,
mənim üçün gələcək Xalq Müdafiəçisinin kim olacağı əhəmiyyətlidir.
Əlbəttə, kim olsa da, vicdanlı, peşəkar olmalıdır. Bərabər,
ədalətli baxışları, insan hüquqları istiqamətində işləməklə bağlı
böyük təcrübəyə sahib olmalıdır. Eləcə də etnik azlıqlara qarşı
münasibətin necə olacağı və onlarla necə əməkdaşlıq edəcəyi də
mühümdür. Bu meyarlardan irəli gələrək mən çox istəyirəm ki,
müstəqil, bütün qruplarla işləyə biləcək şəxs
seçilsin”.
Ziyadəliyevin sözlərinə görə, “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”
Gürcüstanda yaşayan bütün etnik azlıq qruplarının hüquqlarının
qorunması üçün maksimum güc sərf edəcək və onların problemlərinin
həllində öz töhfəsini verəcək.