Marneuli meriyası Qasımlıda yolun çəkilməsi üçün 500 000 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi Qasımlı kəndində yollara asfalt-beton qatının çəkilməsini planlaşdırır.

Qasımlıda yolun çəkilməsi layihəsinə görə, indiki mərhələdə iki hissənin layihələşdirilməsi nəzərdə tutulub.

“Yol-1 kəndin mərkəzindən başlayır və qərbə tərəf, yeni tikilmiş məktəbə tərəf gedir. Yolun uzunluğu 330 metrdir. Yol-2 həmçinin, kəndin mərkəzindən başlayır və cənub-şərqə doğru gedir. Yolun uzunluğu 450 metrdir. Layihədəki yollar daxili kənd yollarının ümumi uzunluğunun 780 metrini təşkil edir. Qeyd olunan yollarda iki tərəfdən də yaşayış evləri var və hasarlar layihədəki yolla üst-üstə düşür. Müvafiq olaraq, layihədə nəzərdə tutulmuş yolda böyük dəyişiklik edilməyəcək. Çünki layihə köçürülməni nəzərdə tutmur. Layihədə nəzərdə tutulmuş yolda bu günə qədər əsaslı örtük çəkilməyib (nə asfalt, nə də beton)”,
— tenderdə qeyd olunub.

Marneuli meriyası Qasımlı kəndində asfalt-beton qatlı yolun çəkilməsinə 500 000 lari xərcləməyi planlaşdırır. Yerli özünüidarə yolun çəkilməsi üçün 26 oktyabrda tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 4 noyabrdan 7 noyabra qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata keçirməlidir.

"Marneuli" Radiosu

Print