Marneuli Bələdiyyə Məclisi komissiyaların iclasları barədə məlumat
yayımlamağa başlayıb.
Qanunverici orqan tərəfindən yayımlanmış bəyanata görə, Marneuli
Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyasının iclası 2022-ci
ilin 7 noyabr tarixində, saat 12:00-da baş tutacaq. Müzakirə üçün
bir məsələ çıxarılacaq. Mövzu Marneuli bələdiyyəsinin 2022-ci il
büdcəsinin üçüncü rübünün hesabatı ilə bağlıdır.
Bələdiyyə Məclisinin İctimaiyyət, Qeyri-Hökumət Təşkilatları və
Mətbuat ilə Əlaqələr Şöbəsinin rəhbəri İa Esebua “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, komissiyaların iclaslarının
yayımlanması və açıqlıq qanunu ilə nəzərdə tutulmuş öhdəlik bundan
sonra yerinə yetiriləcək.