Meriya üç kənddə idman zalının tikilməsi layihəsinə 135 000 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 3 noyabr tarixində üç kəndin idman zalının tikilməsi üçün lazım olan smeta sənədlərinin tərtib edilməsi ilə bağlı tender elan edib.

Tenderə görə, meriya üç idman zalının tikilməsi üçün smeta sənədlərinin tərtib edilməsinə 135 000 lari xərcləməyi planlaşdırır.

Tender təklifinə görə, Tsereteli, Algeti və Sadaxlı kəndlərində idman zallarının tikilməsi planlşdırılır. Hər bir zalın tikilməsi üçün təxmini dəyər isə 1 500 000 lari təşkil edir.

Marneulinin üç kəndində idman zalının tikintisinin smeta sənədlərinin tərtib edilməsi xidməti üçün elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 16 noyabrdan 25 noyabra qədər öz təkliflərini təqdim edə bilərlər.

Print E-mail
FaceBook Twitter Google