Marneulidə 10 ay ərzində 1226 uşaq doğulub
Marneuli bələdiyyəsində 2022-ci ilin 10 ayı ərzində 1226 uşaq doğulub. Bunlardan 679-u oğlan, 547-i isə qız olub. Statistika yanvar-oktyabr aylarına olan göstəriciləri əks etdirir.

Bələdiyyə miqyasında iki doğum evi var. “Marneuli” radiosu “Aversi” və “Geo Hospitals” tibb müəssisələrindən məlumat aldı.

Göstəricilərə əsasən, Marneuli “Geo Hospitals” Doğum Evində 2022-ci ildə 630 uşaq dünyaya gəlib. Onlardan 355-i oğlan, 279-u isə qızdır.

“Aversi” Doğum Evində 10 ay ərzində 592 uşaq dünyaya gəlib ki, onlardan da 324-ü oğlan, 264-ü isə qızdır.

Qeyd edək ki, 2021-ci il ərzində Marneulidə 1595 uşaq dünyaya gəlmişdi.

Print E-mail
FaceBook Twitter Google