Marneuli bələdiyyəsində 2022-ci ilin 10 ayı ərzində 1226 uşaq
doğulub. Bunlardan 679-u oğlan, 547-i isə qız olub.
Statistika yanvar-oktyabr aylarına olan göstəriciləri əks
etdirir.
Bələdiyyə miqyasında iki doğum evi var. “Marneuli” radiosu “Aversi”
və “Geo Hospitals” tibb müəssisələrindən məlumat aldı.
Göstəricilərə əsasən, Marneuli “Geo Hospitals” Doğum Evində 2022-ci
ildə 630 uşaq dünyaya gəlib. Onlardan 355-i oğlan, 279-u isə
qızdır.
“Aversi” Doğum Evində 10 ay ərzində 592 uşaq dünyaya gəlib ki,
onlardan da 324-ü oğlan, 264-ü isə qızdır.
Qeyd edək ki, 2021-ci il ərzində Marneulidə 1595 uşaq dünyaya
gəlmişdi.