Marneuli 1 saylı uşaq bağçasının açılması bağçaya mebelin
gətirilməsindən asılıdır.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə 1 saylı
uşaq bağçasına hər növ inventar aparılıb, yalnız mebel qalıb.
“1 saylı bağçaya, demək olar, bütün inventar aparılıb,
yalnız mebel qalıb. Bu gün tenderdə qalib gəmiş şirkətdən
bildiriblər ki, mebeli də maksimum bir həftəyə gətirəcəklər.
Tenderlər elan edilmişdi və məişət texnikası, oyuncaqlar, digər
əşyalar da alınıb. Biz bağçanın açılışına hazırıq. Sadəcə mebel
lazımdır. Mebel gətirildikdən sonra maksimum 10 günə bağçanı
açacağıq”.
Zaur Kərəmovun sözlərinə görə, 1 saylı uşaq bağçası 2022-ci ilin
dekabr ayına qədər açılacaq. Qızılhacılı uşaq bağçası ilə bağlı isə
tenderin ilk qalibi olan şirkət öhdəliyini yerinə yetirə bilməyib
və buna görə tenderdən kənarlaşdırılıb. İndiki mərhələdə isə yeni
şirkətlə yeni müqavilə bağlanır.
Qeyd edək ki, bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var.
Onlardan ikisində bərpa prosesinə görə təhsil dayandırılıb.