Qiorqi Mumladze Vahid Milli Hərəkatın sədr seçkilərində iştirak edəcək

Qiorqi Mumladze Vahid Milli Hərəkat partiyasının sədr

seçkilərində iştirak etməyi planlaşdırır.  O, bu barədə özünün “Facebook” səhifəsində məlumat yazıb. Mumladzenin yazdığına görə, seçkilərdə iştirak etməkdə məqsədi “hazırkı bacarıqız sədr – Nika Melia və partiyanın hərəkətsiz menecmentinin partiya idarəçiliyindən tam uzaqlaşdırılmasıdır”.

Dəyişikliklərdən sonra partiyanın geniş insan və maddi resursu rus oliqarxının “məcburiyyət kampaniyasına” doğru istiqamətlənməlidir. Bununla Mixeil Saakaşvilini siyasi əsirlikən çıxaracağıq və Gürcüstanın Avroatlantik gələcəyini xilas edəcəyik! Tələb edirəm, mənim nümayəndələrim sədr seçkilərinin formatının hazırlanmasına qoşulsunlar ki, proses etibarlı, şəffaf olsun. Ədalətli rəqabəti təmin etsin! Partiyada səthi deyil, köklü dəyişikliklər aparılacaq. Partiyadaxili demokratiyanın yüksək standartı tətbiq olunacaq. Qərarların qəbulu prosesi pərdə arxasında deyil, hər kəsin iştirakı ilə olacaq! Nika Melianı hər hansı ictimai formatlı debata çağırıram və Milli Hərəkat dəstəkçilərinə niyə Melianın sədr ola bilməyəcəyini, real dəyişikliklərin bu partiya üçün nə dərəcədə böyük imkanlar gətirəcəyini arqumentlərlə izah etməyə hazıram!” – Qiorqi Mumladze yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl aydın olub ki, “Milli Hərəkat” üzvləri partiyada daxili seçkilərin keçirilməsini tələb edirlər. Seçkilər sədr, siyasi şura və siyasi katibliyi əhatə edəcək.

 

Print E-mail
FaceBook Twitter Google