Niyə Kirovkaya “Mameyi” adı verilməyəcək
Bu gün, 14 noyabr tarixində Marneuli Bələdiyyə Məclisində Kirovka kəndinə əhali tərəfindən tələb olunan Mameyi adının verilməyəcəyi səsləndirilib. Bələdiyyə Məclisi Şaumyanı küçələrinə adların verilməsini dəstəkləyib. İclasda Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev Bələdiyyə Məclisi üzvlərinə suallarla müraciət edib.

“Bildiyimiz kimi, Şaumyani kəndi ilə yanaşı ad verilmə prosesi Kirovkada da aparılır və kənd əhalisi yerli özünüidarəyə müraciət edib. Bu proses nə yerdədir, əhali ilə işlər aparılırmı və kəndə hansı ad veriləcəyi barədə təxminən nə vaxt qərar qəbul edəcəksiniz?”

Rəşan Ziyadəliyevun sualına bələdiyyədə kəndlərə ad verilməsi üzrə komissiyasının üzvü İrina Maçaraşvili cavab verib və kəndə niyə Mameyi adı verilməyəcəyini bildirib.

“Bu məsələ ilə bağlı iş davam edir. Biz Coğrafiya İnstitutunu, İvane Cavaxişvili adına Dövlət Universitetinin nümayəndələrini qoşmuşuq, arxiv materiallarını da araşdırırıq, müvafiq olaraq prosedurlara riayət edərək bu məsələ araşdırıldı, əhali ilə görüş keçirildi. Xatırlatdığım kimi, burada qədim dəmir metallurgiya mərkəzi var, eləcə də bizim gürcü-azərbaycan dostluğunu qeyd etmək üçün bir versiyamız var idi – kəndi dostluq adlandırmaq. Köhnə adlar, Riğispiri və Vaziskide adıdır, müvafiq olaraq, bir neçə versiya təqdim olunmuşdu. Onlar arasında fəaliyyət göstərən hökumət komissiyasında qərar qəbul etmək üçün dostluq da təqdim olunub. Güman ki, növbəti iclaslarda qərar qəbul olunacaq və bu məsələ ilə bağlı məlumat alacağıq. Kənd əhalisi tərəfindən təqdim olunmuş Mameyi adı heç yerdə qeydə alınmır, biz tarixi materialları araşdırdıq. Mameyi toponimi nə 19-cu, nə də 20-ci əsrdə qeydə alınmayıb. Ona görə də bizim bu adı vermək səlahiyyətimiz yoxdur. Bu kəndin müəyyən qədər Mamayi adlandırılmasından irəli gələrək, Mameyi adında iki versiya var, bir versiya xristian müqəddəsi Mamaiyə bağlanır, digər versiya isə güman ki, Qızıl Ordanın sərkərdəsi Mamai ilə əlaqədardır. Bu versiyalar da az qəbul olunandır və niyə Qızıl Orda sərkərdəsinin, müqəddəsin adı kəndə verilə bilməz. Çünki biz orada yaşayan əhalinin inancını nəzərə alırıq. Buna görə də sonrakı adlarla bağlı qərar qəbul etməyimiz daha doğru olar. Biri dostluq – indiki dövrdə millətlər arasında sakit, bərabər yaşam nümunəsi, həm də turizmin tanıdılması üçün, eləcə də biz bilirik ki, burada çox sayda qədim artefakt aşkarlanıb. Bildiyiniz kimi Yaşıl Təpə unikaldır. Çünki burada dəmir metallurgiya mağaraları tapılıb. Həmin artefaktı tanıtmaq üçün bu kəndə dostluq və ya Yaşıl Təpə adı vermək çox yaxşı olardı”.


Marneuli Bələdiyyə Məclisi iclasında, 19 apreldə Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze Kirovka kəndinə ad verilməsi barədə məlumat vermişdi. Beridzenin sözlərinə görə, kənd əhalisi təklif olunmuş beş addan ikisini seçib. Kəndə “Yaşıl Təpə” və ya “Dostluq” adı verilməli idi. Kirovka sakinlərinin bir qismi isə bu adları qəbul etmirdi və onlar kəndə tarixi adının – “Mameyi”-nin verilməsini tələb edirlər.

Marneuli bələdiyyəsinin Kirovka kəndinə ad vermə prosesinə kənd əhalisinin qoşulması məqsədi ilə təşəbbüs qrupu da yaradılıb. Onlar Marneuli meriyasına məktubla müraciət ediblər. Təşəbbüs qrupunun üzvləri bələdiyyədən kənd toplantısı keçirmək və onun əsasında kəndə ad verməyi tələb edirdilər. Amma Marneuli meriyası onlara rədd cavabı verib.

Print E-mail
FaceBook Twitter Google