Marneuli yerli özünüidarəsinin 8 əməkdaşına "Dövlət alqı-satqısı
haqqında müqavilələrin hazırlanması texnikaları" mövzusunda
hazırlıq keçilib.
Meriya əməkdaşların peşəkarlığının artırılması ilə bağlı xidmət
üçün sadələşdirilmiş müqaviləni "Gürcüstan Hüquqşünaslar Ali
Məktəbi" MMC ilə bağlayıb.
"Təlimin mövzusu əhatə edir: dövlət alqı-satqısının
əsası, müqavilənin vacib şərtləri və bəndləri; Müqavilə necə
bağlanır, tender və tender sənədləri ilə qarşılıqlı əlaqə, tender
sənədlərinə yenidən baxılması, müqavilə layihəsi, (bazarın
araşdırılması xüsusiyyətləri) vergi sisteminin dövlət alqı-satqısı
ilə bağlı tələbləri; sadələşdirilmiş alqı-satqı və başqa qanuni
vasitələrlə müqavilə bağlanması; qeyri-rezident fiziki və hüquqi
şəxslərin yığım metodları - ƏDV-nin bağlılığı; Gürcüstan Ümumi
İnzibati Məcəlləsinin alqı-satqılarla yanaşmada əlaqəsi; dövlət
alqı-satqı müqaviləsində müqavilənin təmin edilməsinin bank
zəmanəti, onun təqdim edilməsi qaydası və prinsipi",
– dövlət alqı-satqısı haqqında müqavilədə qeyd olunub.
Sadələşdirilmiş müqaviləyə əsasən 5 noyabrda Marneuli meriyasının
üç əməkdaşı distant, 5 əməkdaş isə birbaşa metodlarla təlim
keçiblər. Yerli özünüidarəyə 8 əməkdaşın hazırlanması 715 lariyə
başa gəlib.