Marneuli meriyasına 8 əməkdaşın hazırlanması 715 lariyə başa gəlib
Marneuli yerli özünüidarəsinin 8 əməkdaşına "Dövlət alqı-satqısı haqqında müqavilələrin hazırlanması texnikaları" mövzusunda hazırlıq keçilib.

Meriya əməkdaşların peşəkarlığının artırılması ilə bağlı xidmət üçün sadələşdirilmiş müqaviləni "Gürcüstan Hüquqşünaslar Ali Məktəbi" MMC ilə bağlayıb.

"Təlimin mövzusu əhatə edir: dövlət alqı-satqısının əsası, müqavilənin vacib şərtləri və bəndləri; Müqavilə necə bağlanır, tender və tender sənədləri ilə qarşılıqlı əlaqə, tender sənədlərinə yenidən baxılması, müqavilə layihəsi, (bazarın araşdırılması xüsusiyyətləri) vergi sisteminin dövlət alqı-satqısı ilə bağlı tələbləri; sadələşdirilmiş alqı-satqı və başqa qanuni vasitələrlə müqavilə bağlanması; qeyri-rezident fiziki və hüquqi şəxslərin yığım metodları - ƏDV-nin bağlılığı; Gürcüstan Ümumi İnzibati Məcəlləsinin alqı-satqılarla yanaşmada əlaqəsi; dövlət alqı-satqı müqaviləsində müqavilənin təmin edilməsinin bank zəmanəti, onun təqdim edilməsi qaydası və prinsipi", – dövlət alqı-satqısı haqqında müqavilədə qeyd olunub.

Sadələşdirilmiş müqaviləyə əsasən 5 noyabrda Marneuli meriyasının üç əməkdaşı distant, 5 əməkdaş isə birbaşa metodlarla təlim keçiblər. Yerli özünüidarəyə 8 əməkdaşın hazırlanması 715 lariyə başa gəlib.

"Marneuli" Radiosu
Print