İctimai sektora fəal iştirak üçün kollec tələbələri üçün layihə başlayıb
17 noyabr tarixində, “Azərbaycan Evi” Mərkəzində Marneuli İctimai Kolleci layihə təqdimatı keçirib. Təhsil müəssisəsi “Mülki inteqrasiya izində ekstrakurikuler fəaliyyətlər” layihəsinə başlayıb. Layihədə 30 gənc iştirak edəcək. Fəaliyyətlər bir neçə istiqaməti əhatə edir. Kollecin direktor müavini Zviad Ardzenadzenin sözlərinə görə, müzakirə olunan mövzular arasında insan hüquqları, mülki fəallıq və inteqrasiya da var.

“Dörd ictimai və icma təşkilatı ilə birlikdə ekstrakurikuler fəaliyyətlərin həyata keçirilməsinə başlanılıb. İlk təqdimat baş tutub. Görüşdə benefisiarlara layihə barədə məlumat verdik və layihəyə qoşulmuş şəxslər layihə ilə bağlı müxtəlif məsələlərdən danışdılar”, – Zviad Ardzenadze bildirdi.

Layihə aşağıdakı fəaliyyətləri nəzərdə tutur:
  • Psixoloqla görüş
  • İstiqamətlənmə
  • İnsan hüquqları barədə məlumatlandırma
  • Kitab oxumağın populyarlaşdırılması
  • Mülki aktivizm
  • Mülki inteqrasiya və milli azlıqların problemləri
  • Verişilin və sujetin hazırlanması, radio, sosial media vasitəsi ilə yayımlanması.
Görüşdə layihəyə qoşulmuş təşkilatlar, təlimçilər, Peşə Bacarıqları Agentliyinin nümayəndəsi və benefisiarlar iştirak edirdilər.

Print E-mail
FaceBook Twitter Google