Marneuli bələdiyyəsi 2023-cü ilin gəlişi üçün hazırlıqlara artıq
başlayıb. Elan edilmiş üç tenderə görə, yeni il üçün yerli
özünüidarə 360 650 lari ayırıb.
199 900 lariyə şəhərin işıqlarla bəzədilməsi, 65 600 lariyə
yolkanın alınması, 85 150 lariyə isə tədbirlərin keçirilməsini
planlaşdırılır. Bələdiyyə 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il
yolkasının işıqlandırılması üçün bayram tədbirinin təşkil edilməsi
xidməti ilə bağlı 22 noyabr tarixində tender elan edib.
İştirak etmək istəyən şirkətlər 2-5 dekabr dövründə təkliflərini
təqdim edə bilərlər. Qalib şirkət meriyaya qiymətlər cədvəlinə
uyğun olaraq, 2022-ci ilin 18 dekabrında işləri təhvil verməli
olacaq.
Tender sənədlərinə əsasən, tədbirin keçirilməsi tələblərinə
daxildir:
- Canlı ifa ilə ən az 20 dəqiqəlik repertuarı olan qızlar
qrupu, yeni il mövzusunda 5 kompozisiya ifa
edilməlidir.
- Aparıcılar: 40-45 yaşlarında xanım, jurnalist,
teleaparıcı, prodüser, konsert aparıcısı olsa, daha yaxşı olar.
Analoji tədbirlərin aparıcılıq təcrübəsi olmalıdır. 40-45
yaşlarında bəy. Gürcü və azərbaycan dillərini sərbəst şəkildə
bilməlidir. Aktyor və ya rejissor olsa, daha yaxşı olar. Analoji
tədbirlərdə aparıcılıq təcrübəsi olmalıdır.
- Uşaqlar üçün məkanda 2-2,30 saatlıq performans,
tanınmış animasiya filmlərinin personajları. Həmçinin, 1 şaxta
baba. Yeni il işıqları, səsləndirmə aparatları və sürücü xidməti.
Tarixlər sifariş verənlə razılıq əsasında təyin
olunur.
- Qarışıq şirniyyat, yüksək keyfiyyətli konfetlər,
peçenyelər və xatirə üçün kiçik oyuncaqlar. Çeşidlər və qablaşdırma
dizaynı sifariş verənlə razılıq əsasında və s.