Qafqaz Ekoloji Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi
(CENN) Amerika səfirliyinin maliyyə dəstəyi ilə müəllimlərin
vətəndaş iştirakı proqramına qoşulması üçün müsabiqə elan
edir.
Proqramda Marneuli, Dmanisi, Axalkalaki, Aspindza və Tslanecixa
bələdiyyələrinin ictimai və özəl məktəb müəllimləri iştirak edə
bilərlər.
Proqramın məqsədi demokratik dəyərlərin, güclü vətəndaş
cəmiyyətinin formalaşdırılması prosesində müəllimlərin bacarıq və
imkanlarının inkişaf etdirilməsidir.
Proqramın müddəti 9 aydır (yanvar-sentyabr, 2023) və sonrakı
mərhələlərdən ibarətdir:
• Ehtiyaca uyğunlaşdırılmış təlim-modul
• Vebinarlar və müxtəlif onlayn tədbirlər vasitəsi ilə əlaqələrin
gücləndirilməsi
• Vətəndaş təhsili ilə bağlı 4 günlük düşərgə
• Mentorluq
• Layihənin maliyyələşdirilməsi və həyata keçirilməsi
• Yekun konfrans
Ətraflı məlumat üçün linkə daxil olun -
link
Maraqlanan şəxslər 2022-ci ilin 12 dekabr tarixində qədər
aplikasiya formasını doldura bilərlər. -
link