Polşa klinikalarından biri cərrahi əməliyyat zamanı xəstələrə futbola baxmağa imkan yaradıb
Polşa klinikası (SP ZOZ MSWiA w Kielcach) bildirib ki, əməliyyat zamanı xəstələr Dünya Kuboku matçına baxıblar.

"Onurğa anesteziyası altında olan xəstələr həqiqətən xoşbəxt idilər",
- deyə klinika bu haqda foto yayıb.

Onurğa anesteziyası lokal anesteziyadır. Bu zaman xəstənin huşu üstündə olur, lakin ağrı hiss etmir.

Dünya çempionatına gəlincə, Polşa millisi D qrupundan çıxmaq şansını yüksək saxlayaraq Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəlib. Qrup mərhələsinin son oyununda Polşa Argentina ilə qarşılaşacaq.

Mənbə: Netgazeti

Print E-mail
FaceBook Twitter Google