Azərbaycan və Gürcüstan rəsmiləri tullantı sularının təmizlənərək yenidən istifadəsi məsələsini müzakirə ediblər
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində bu ölkənin regional inkişaf və infrastruktur naziri İrakli Karseladze ilə görüşüb.

Görüşdə tullantı sularının idarə olunması, onların təmizlənərək yenidən istifadəsi məsələləri barədə fikir mübadiləsi aparılıb, bu sahədə görülən işlər müzakirə olunub.

Eyni zamanda, bərk məişət tullantılarının idarə edilməsi, regional zərərsizləşdirmə sisteminin tətbiqi, tullantıların çeşidlənməsi və təkrar emalı istiqamətlərində təcrübə mübadiləsinin aparılması qərara alınıb.

Mənbə: Azertag.az

Print E-mail
FaceBook Twitter Google