Mixeil Saakaşvili müalicə üçün xaricə göndərilməyəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sabiq Prezident Mixeil Saakaşvilinin müalicə üçün xarici ölkəyə göndərilməsinə icazə verilməyəcəyini bildirib.

Kobaxidze bunun Mixeil Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu məsələnin siyasi müzakirələrin mövzusu olmadığını qeyd edib.

Qeyd edək ki, Gürcüstanın həbs edilmiş üçüncü Prezidenti Mixeil Saakaşvili uzun müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır. Vəkilləri Saakaşvilinin qanında civə, arsenik və digər zəhərli metalların aşkarlandığını, zəhərlənmə ehtimalının olduğunu bildirirlər.

Saakaşvilinin yaxınları və tərəfdarları onun müalicə almaq üçün xarici ölkələrdən birinə göndərilməsini tələb edirlər.

Mənbə: apa.az

Print