Qadın qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib
Prokurorluğun məlumatına görə, onların təqdim etdiyi sübutlar əsasında təqsirləndirilən şəxs ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq bildirir ki, Tbilisi şəhər məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmədə təqsirli bilib.

“Məhkəmə zamanı tədqiq edilən dəlillər sübut etdi ki, 2022-ci il martın 16-da Tbilisinin Qldani rayonunda təqsirləndirilən şəxs öz mənzilində qadın qohumunun boynuna bıçaqla xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib. Təqsirləndirilən şəxs izlərini gizlətmək üçün mərhumun üzərinə benzin tökərək yandırıb, mərhuma məxsus televizoru da ələ keçirib və hadisə yerindən gizlənib”,
- deyə dövlət ittihamçısı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi martın 17-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsinin “C” yarımbəndi ilə ittiham olunub.

Mənbə: Publika

Print E-mail
FaceBook Twitter Google