Qaribaşvili ABŞ rəsmisi ilə Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçiliyini müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşündə rəsmi Tbilisinin Ermənistan-Azərbaycan dialoqunda vasitəçilik rolu müzakirə edilib.


Bu barədə Gürcüstan Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə regionda, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə, o cümlədən Ermənistan-Azərbaycan danışıqlarında Gürcüstanın vasitəçilik roluna da toxunulub. İrakli Qaribaşvili qeyd edib ki, danışıqlar istənilən münaqişənin həlli və irəliləyişi təmin etmək üçün yeganə, vacib yoldur.

İrakli Qaribaşvili və Filip Riker Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığının əhəmiyyətini müzakirə ediblər. İki ölkə arasında əməkdaşlıq sahəsində atılan addımlar sayəsində strateji tərəfdaşlığın müsbət dinamikası vurğulanıb. Görüşdə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün tam öhdəlik ifadə olunub.

Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Gürcüstan hökuməti administrasiyasının başçısı Revaz Cavelidze də iştirak ediblər.

Print E-mail
FaceBook Twitter Google