Siğnaği meriyasının məlumatına görə, XVIII əsrə aid tağ yol qəzası
nəticəsində dağılıb.
Hadisə gecə saatlarında baş verib, Daxili İşlər Nazirliyinin
nümayəndələri gecə boyu hadisə yerində işləyiblər.
Meriyanın verdiyi məlumata görə, yerli hökumət və Mədəni İrsin
Mühafizəsi üzrə Milli Agentliyin nümayəndələri indiyədək ərazidə
qalıblar.
Siğnaği tağı milli əhəmiyyətli mədəni irs abidəsidir və kral II
Ereklenin sərəncamı ilə tikilmiş qala divarının bir hissəsidir.
Siğnaği meriyası yaxın vaxtlarda tağın bərpa olunacağını elan
edib.