“Airbus Defence and Space” şirkətinin baş direktoru Maykl Şolhorn
“Airbus”ın bir neçə ay ərzində təyyarə istehsalında Rusiya
titanının istifadəsini dayandıracağını açıqlayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Biz titan tədarükü məsələsində Rusiyadan ayrılmaq prosesindəyik.
Bu məsələyə illər yox, aylar lazım olacaq. Hal-hazırda “Airbus”
hələ də Rusiya titanının müəyyən faizini alır, lakin biz aydın
şəkildə ondan müstəqil olmaq yolundayıq”, - Şolhorn
deyib.
Onun sözlərinə görə, “Airbus” artıq hərbi texnika istehsalında
Rusiya titanının istifadəsindən imtina edib, lakin indiyədək ondan
mülki təyyarələr üçün istifadə etməkdə davam edir. “Airbus”
Rusiyadan gələn titanı ABŞ və Yaponiyadan tədarüklə əvəz etməyi
planlaşdırır.
Bununla belə, “Reuters” aydınlaşdırıb ki, yeni titan
tədarükçülərinin sertifikatlaşdırılması prosesi illər çəkə bilər -
bunlar aerokosmik sənayenin ciddi standartlarıdır.