“Gürcüstanda təbii fəlakət bölgəsindən daha 306 ailə
köçürülməlidir”.
Bunu Quriya bölgəsinin qubernatoru Georgi Uruşadze bildirib.
Məlumata görə, geoloqlar 643 evi yoxlayıb, mehmanxanaya 218 nəfər,
digər təhlükəsiz yerlərə 514 ailə köçürülüb. Bildirilib ki, 1,2
mindən çox ailə humanitar yardım alıb. Bölgənin Kokati kəndində 30
abonentə elektrik enerjisi verilmir, 432 abonentə isə təbii qazın
verilməsi dayandırılıb.
Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Şovi rayonunda torpaq
sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 27 nəfər ölüb.