Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın
bu şəhərdəki baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət
müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
N.Bayramov N.İaşvilinin diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri
üçün göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini
söyləyib.
Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər
arzulayıb.
Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə
minnətdarlığını bildirib və Gəncədən
xoş təəssüratlarla ayrıldığını
vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında
qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı
əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli
çəkdirilib.
Görüşdə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da iştirak
edib.
Qeyd edək ki, N.İaşvili 2019-cu ildən Gürcüstanın Gəncədəki baş
konsulu idi.