Gürcüstanın Müdafiə Nazirliyi (MN) eks-prezident Mixail
Saakaşvilinin dövlət hesabına uçuşları barədə məlumatları əks
etdirən sənədlərin məxfiliyini aradan qaldıracaq.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Müxalif Vahid Milli Hərəkat Partiyası bir müddət öncə Baş nazir
İrakli Qaribaşviliyə qarşı şəxsi xarici səfərlərdə büdcə
vəsaitlərinin mümkün mənimsənilməsi işi üzrə istintaqa başlamaq
tələbi ilə prokurorluğa müraciət edib.
“Müdafiə Nazirliyi eks-prezidentin hava səyahətinə dair sənədlərin
məxfiliyinin açılması prosesinə başlayıb”, -
məlumatda bildirilir.
Qeyd edək ki, söhbət 2010-2012-ci illərdə Müdafiə Nazirliyi ilə
“Georgian Airways” arasında tərtib olunmuş sənədlərdən gedir.
Üstəlik, 2012-ci ildə “Gürcü Arzusu” Partiyası hakimiyyətə gələndə
iki sazişin məxfiliyi ləğv edilib.